Tapşırıqlar üzərində şagirdlərın sınıf fəaliyyətının səmərəli təşkili yolları
Başlık çevirisi mevcut değil.
- Tez No: 707330
- Danışmanlar: DR. M.İ.ƏLİYEV
- Tez Türü: Yüksek Lisans
- Konular: İngiliz Dili ve Edebiyatı, English Language and Literature
- Anahtar Kelimeler: Belirtilmemiş.
- Yıl: 2016
- Dil: Azerice
- Üniversite: Azerbaijan State University of Languages
- Enstitü: Yurtdışı Enstitü
- Ana Bilim Dalı: Belirtilmemiş.
- Bilim Dalı: Belirtilmemiş.
- Sayfa Sayısı: 70
Özet
Özet yok.
Özet (Çeviri)
Dissertasiya işi giriş, üç fəsil, eksperiment, nəticə, və istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir. Giriş hissəsində dissertasiyanın tədiqiqat obyekti, predmeti, tədqiqat işinin nəzəri və praktik əhəmiyyəti, tədqiqat işinin məqsəd və vəzifələri, tədqiqatın elmi yeniliyi, işin aprobasiyası, dissertasiya ilə bağlı nəşrlər haqqında məlumat verilib. Aparılmış tədqiqat işinin sonunda əldə olunan nəticələri aşağıdakı şəkildə ümumiləşdirə bilərik: 1) Tədqiqatın gedişində aparılan müşahidələr göstərdi ki, xarici dilin tədrisində şagirdlərin xarici dil bilik, bacarıq və vərdişlərinin inkişafına xidmət edən, onların dili təcrübədən keçirməsinə imkan yaradan tapşırıqların düzgün seçimi zəruridir. Şagirdlərin yaş və bilik xüsusiyyətlərinə uyğun seçilmiş tapşırıqlar öyrənmə və öyrətmə prosesinə kömək olur. 2) Tapşırıqlara əsaslanan sinif fəaliyyətinin yerinə yetirilməsinin öyrənənləri ingilis dilinə həvəsləndirilməsində, öyrənənlərin real həyat hadisələri ilə əlaqələnən bir sıra tapşırıqlarla tanış olmasında, öyrənənlərin qrup şəklində fəaliyyətə cəlb olunmasında çox böyük rolu vardır. Şagirdlər akademik cəhətdən güclü və yaxud zəif olmasından asılı olmayaraq qrup daxilində birgə fəaliyyətə cəlb olunaraq, tapşırıqları yerinə yetirir və bilik, bacarıq və vərdişlərinin inkişafına nail olurlar. 3) Aparılan müşahidələr həmçinin, göstərdi ki, məktəb dərslikləri dörd bacarıq və vərdişin inkişafını nəzərdə tutsa da, dərsliklərdəki tapşırıqlar şagirdlərin nitq bacarıq və vərdişlərinin tam şəkildə inkişafını təmin etmir. Dərsliklərdə kifayət qədər tapşırıq və fəaliyyət növləri öz əksini tapsada, onların çoxu danışıq və yazı vərdişlərinin inkişafına yönəlmişdir. Dinləmə və oxu vərdişlərinin inkişafına yönələn tapşırıqlara az yer verilmişdir. 4) Pedaqoji eksperiment zamanı müəyyən olundu ki, şagirdlərin xarici dil bacarıq və vərdişlərinin inkişaf etdirilməsi üçün autentik materiallardan istifadə mühümdür. Autentik materiallar tətbiq olunarkən şagirdlərin bilik və yaş 65 xüsusiyyətləri nəzərə alınmalıdır və müvafiq bir vərdişin inkişafına yönələn olmalıdır. Xarici dil dərslərində şagirdlərin bilik, bacarıq və vərdişlərin inkişaf etdirilməsi üçün audio-video materiallardan, proyektorlardan, komputerlərdən faydalanmaq dərsin səmərəliliyini daha da artırır. Müasir dövrdə xarici dil tədrisində internetdən istifadə olunması dərs prosesinin əhəmiyyətli bir hissəsini təşkil edir. 5) Pedaqoji eksperimentin nəticəsində məlum oldu ki, ingilis dilinin tədrisi prosesində məktəb şagirdlərinin dörd dil bacarıq və vərdişlərinin inkişaf etdirilməsi üçün, hər bir bacarıq və vərdişin ayrı-ayrılıqda inkişafını təmin edəcək tapşırıqların istifadəsi onların ingilis dilinə yiyələnmələri məsələsində kömək ola bilər. Şagirdlərin sinif fəaliyyətinin təşkilində müvafiq tapşırıqların seçilməsi və tətbiq olunması müəllimin pedaqoji ustalığından asılıdır. Təlim prosesin keyfiyyətini artırmaq üçün müəllimlər böyük səy göstərməlidirlər. Aparılan sorğu və müşahidələr nəticəsində bir sıra tövsiyələr qeyd etmək istərdik: Təlim prosesinin səmərəli təşkilinə nail olmaq üçün məktəb dərsliklərində tapşırıqların yerləşdirilməsi məsələsinə xüsusi diqqət yetirmək lazımdır. Dərsliklərdə yer alan tapşırıqlar şagirdlərin xarici dil bilik, bacarıq və vərdişlərinin inkişaf etdirilməsini təmin etməli, şagirdləri interaskiyaya cəlb etməli, öyrənənlərin bilik səviyyəsinə və psixoloji xüsusiyyətlərinə müvafiq olaraq seçilməlidirlər. Tapşırıqlar daha çox əldə olunmuş bilikləri tapşırıqlar vasitəsi ilə praktiki tətbiq edərək, bilik, bacarıq və vərdişləri inkişaf etdirmək üçün istifadə olunur. Hər bir tapşırıq müvafiq bir vərdişin formalaşmasına, hər hansı bir bacarığın inkişafına xidmət etməklə, son nəticədə təlim məqsədlərinin yerinə yetirilməsinə istiqamətlənməlidir. Məktəb müəllimlərinin iş təcrübəsində şagirdlərin sinif fəaliyyətinin təşkili üçün şagirdlərin bacarıq və vərdişlərinin inkişafına yönələn müxtəlif tapşırıqların hazırlanması mühümdür. Müəllimlər tərəfindən təşkil olunan tapşırıqlar xarici dil öyrənənlərin ehtiyaclarını qarşılamaq baxımından böyük əhəmiyyətə malikdir və şagirdlərin xarici dil öyrənmə motivasiyasına müsbət təsir göstərir. Məktəblərdə hər 66 bir bacarıq və vərdişin inkişafına eyni diqqət ayrılsa dil öyrənmə hərtərəfli olar və dil daha tez mənimsənilər. Müəllimlərin məktəb təcrübəsinin daha da təkmillləşdirlməsi üçün bir sıra təklifər irəli sürülə bilər. Sinif fəaliyyətlərinin təşkilində müəllimlər daha çox dərslikdə verilmiş tapşırıqlara önəm verir, lakin internet əsaslı tapşırıqlara da üstünlük verilsə tədris prosesi həm maraqlı, həm də daha keyfiyyətli olar. İngilis dilində şifahi nitq bacarıqlarının inkişafına ehtiyacın yaranması və öyrənənlərin xarici dildə sərbəst şəkildə ünsiyyət qura bilmək istəyi kommunikativ dil təliminin mühüm olduğunu nəzər çatdırır. Şagirdlərin sinif fəaliyyətinin təşkilində kommunikasiyaya xidmət edən tapşırıqlar şagirdlər üçün daha maraqlıdır. Bu səbəbdən də dərs prosesində kommunikativ tapşırıqların tətbiq olunması zəruridir.