Geri Dön

İstanbul şəhərində yerləşən bizans dövrünə aid dini abidələrinin tədqiqatı və mühafizə problemləri

Başlık çevirisi mevcut değil.

  1. Tez No: 707393
  2. Yazar: UĞUR ERDEM YAHYA OĞLU
  3. Danışmanlar: DR. HACIYEVA SəBİNə
  4. Tez Türü: Yüksek Lisans
  5. Konular: Mimarlık, Tarih, Şehircilik ve Bölge Planlama, Architecture, History, Urban and Regional Planning
  6. Anahtar Kelimeler: Belirtilmemiş.
  7. Yıl: 2016
  8. Dil: Azerice
  9. Üniversite: Azerbaijan State University of Languages
  10. Enstitü: Yurtdışı Enstitü
  11. Ana Bilim Dalı: Belirtilmemiş.
  12. Bilim Dalı: Belirtilmemiş.
  13. Sayfa Sayısı: 138

Özet

Mövzunun aktuallığı, sualın qoyuluşu, İş İstanbulda günümüzə çatmış unikal Bizans dövrünə aid dini abidələrinin tədqiqatına, onların xüsusiyyətlərinə və günümüzə çatdıqları vəziyyətə görə sinifləndirilməsinə və onların gələcəkdə qorunması və istifadəsi kimi problemlərə həsr edilmişdir. Orta əsrlərdə tikilmiş bu abidələr müxtəlif memarlıq və inşaat üsulları ilə, həcm-fəza kompozisiyaları ilə, interyerlərində olan mozaikalar və digər bəzək işləri ilə zəngindirlər. Bu bənzərsiz abidələr dövrlər boyu formalaşmış estetik dəyərlərin, memarlıq və inşaat texnikalarının, eləcə də insanların dini abidələrinə olan yanaşmaların gözəl nümunələridir. Onların gələcək nəsillərə günümüzə çatmış vəziyyətdə çatdırılması çox mühüm əhəmmiyyətli problemlərdən biridir. Abidələrin bir sırası illər boyu araşdırılıb, mühafizə olunub. Digərlərinin vəziyyəti acınacaqlıdır. Çünki illər boyu düzgün istifadə olunmayıb və ya tədqiq edilməyib. Bu əhəmiyyətli abidələrin, uzun sürən baxımsızlıq və qoruma istiqamətində ardıcıl bir program olmaması nəticəsində ciddi qorunma tədbirlərin kəçirilməsinə ehtiyacları var. Abidələrin əksəri funksiya dəyişikliyinə uğramış və bu dəyişikliklər əsnasında əlavələrə məruz qalmışdır.Bəzi əlavələr daxildə olan naxış və bəzəklərin artırılması, digərləri isə ciddi həcm-fəza dəyişiklikləri ilə bağlıdır. Bəzən əlavələr abidələri İslamlaşdırma məqsədli əlavə olunmuşdur. Onu da qeyd etmək lazımdır ki, bəzi abidələr günümüzə qənaətbəxş vəziyyətdə çatıblar, onlarda və ilkin həcm-fəza kompozisiyası interyerdə ciddi əlavə və nədə dağıntılar olmayıb. Günümüzə çatmış Bizans dövrü dini abidələrin tədqiqi və istifadəsinə dair təkliflərin hazırlanması tədqiqatın əsas məqsədidir. Tədqiqatın məqsədi:  Regionun tarixi inkişafını və memarlıq irsinin yaranması barədə tədqiqat aparılması;  İstanbulda yerləşən Bizans dövrü abidələrinin tədqiqatlarının aparılması;  Tədqiqatlara göre abidelerin sinifləndirilməsi;  Memarlıq abidələrinin tarixi inkişaf mərhələlərini müəyyənləşdirmək və onların memarlıq üslublarına əsaslanaraq tədqiqat yollarını araşdırılması;  İstanbulda yerləşən abidələrin bugünkü vaxtdaki vəziyyətlərini göstərilməsi və dini tikililərin müxtəlif növlərinin təhlili və təsnifatlaşması;  Abidələrin uygunlaşdırılması və istifadəsi barədə tədqiqatın aparılması və uyğunlaşdırma üçün əlavə edilən elementlərin abidəyə memari cehətdən necə təsir etdiyinin göstərilməsi;  İstanbulda yerləşən memarlıq abidələrinin mövcud qorunma səviyyələrinin analizinin aparılması, onların qorunma və istifadəsinə dair təkliflərin işlənməsi; Tədqiqatın coğrafi sərhədləri- İstanbul şəhərində yerləşən Bizans dövrünə aid dini abidələri əhatə edir. Tədqiqat obyekti olaraq İstanbul şəhərində yerləşən Bizans dövrünə aid dini abidələrindən kilsə və monastırlar götürülür. Tədqiqat metodu- dini abidələrin yaranması, inkişafı və əvvəlki vəziyyətinin qorunub saxlanılmasında öz əksini tapan faktorların kompleks tədqiqinə əsaslanır və özündə bunları cəmləşdirir:  Tarixi mənbələrdəki informasiya toplusu, müxtəlif dilli elmi ədəbiyyatlar, arxiv materialları;  Natura tədqiqatları, memarlıq ölçməsi və abidələrin fiksasiyası;  Tədqiq olunan ərazidə qorunub saxlanan memarlıq abidələrinin tikinti və memarlıq-planlaşdırma xüsusiyyətlərinin araşdırması;  Müasir metod və texnologiyalardan bəhrələnərək tədqiq olunan ərazidə memarlıq irsinin qorunub saxlanmasının optimal imkanlarının araşdırması;  Abidələrin bərpa və qorunması barədə qanunları araşdırmaq;  Son dövrlərdə abidələrin qorunmasına yönəlmiş layihələrin araşdırması; Tədqiqatın elmi yeniliyi, Bizans dövründən günümüzə çatmış dini abidələrin kompleks şəkildə öyrənilməsi. Onların nəinki həcm-fəza strukturunun və dekorativ bəzəklərinin tədqiqatı nəzərdə tutulur. İşdə abidələrin indiki vəziyyəti, qorunması ilə bağlı müsbət və mənfi cəhətlər mühafizəyə ehtiyacları olan abidələrdə qorunma (bərpa və ya konservasiya) işlərinə dair təkliflər verilir. Abidələrin fiksasiyası, təsnifatı, onların müəllifləri, tarixləri, funksiya dəyişmə tarixləri və funksiya dəyişmə məqsədi ilə tədqiq olunmuş. Burada İstanbul şəhərində yerləşən Bizans dövrünə aid dini abidələrin əsasən plan tiplərinə görə olmaqla bərabər bir sıra xüsusiyyətlərinə görə sinifləndirilməsi öz əksini tapmışdır. Tədqiqatlar nəticəsində abidələrin mühafizəsi problemləri və həlləri də təsbit edilmişdir. Tədqiqatın praktik əhəmiyyəti- mövcud olan elmi ədəbiyyatlardan həmçinin müəllif tərəfindən aparılmış natur tədqiqatlardan əldə olunmuş materiallar əsasında İstanbul şəhərində yerləşən Bizans dövrünə aid dini abidələrin mühafizə problemləri tədqiq edilmiş, abidələr sinifləndirilmişdir. Mövcud abidələrin tarix ərzində funksiya dəyişiklikləri, təzə funksiyaya uyğunlaşdırılması və istifadəsi, əlavə olunan memarlıq elementləri analizə edilmişdir. Disertasiya giriş, 3 fəsil, yekun, istifadə olunmuş ədəbiyyat, istinadlar və cədvəlləri özündə birləşdirən bir cilddən ibarətdir.

Özet (Çeviri)

Özet çevirisi mevcut değil.

Benzer Tezler

  1. Ergenlerde (13-18 yaş) cinsel istismar sonrası immün sistem değişikliklerinin değerlendirilmesi

    The evaluation of the immüne system changes after sexual abuse in adolescents(13-18 year old)

    HAMZA AYAYDIN

    Tıpta Uzmanlık

    Türkçe

    Türkçe

    2012

    Allerji ve İmmünolojiİstanbul Üniversitesi

    Çocuk Ruh Sağlığı ve Hastalıkları Ana Bilim Dalı

    DOÇ. DR. OSMAN ABALI

  2. Terkos havzasında tuzlu su girişimlerinin geçici elektromanyetik ve doğru akım özdirenç yöntemleriyle araştırılması

    Investigation of saltwater intrusion in terkos basin using transient electromagnetic and direct current resistivity methods

    AYÇA SULTAN ARDALI

    Doktora

    Türkçe

    Türkçe

    2014

    Jeofizik Mühendisliğiİstanbul Üniversitesi

    Jeofizik Mühendisliği Ana Bilim Dalı

    PROF. DR. AYSAN GÜRER

  3. State Behavior in Cyberspace: Russia, China and the USA

    Siber alanda devlet davranışları: Rusya, Çin ve ABD

    AYNABAT GARAYEVA

    Yüksek Lisans

    İngilizce

    İngilizce

    2014

    Uluslararası İlişkilerİstanbul Bilgi Üniversitesi

    Uluslararası İlişkiler Ana Bilim Dalı

    DOÇ. DR. MEHMET ALİ TUĞTAN

  4. The calculation debate in socialist economies

    Sosyalist ekonomilerde hesaplama tartışması

    SERCAN KARADOĞAN

    Yüksek Lisans

    İngilizce

    İngilizce

    2014

    Ekonomiİstanbul Bilgi Üniversitesi

    Uluslararası Ekonomi Politikası Ana Bilim Dalı

    PROF. DR. ERTUĞRUL TONAK

  5. Cerrahpaşa Tıp Fakültesi Yenidoğan Yoğun Bakım Ünitesi'nde izlenen prematüre bebeklerde retinopati risk faktörleri, sıklığı ve tedavi sonuçları

    Risk factors, prevelance and outcomes of retinopathy of prematurity in neonatal intensive care unit of cerrahpasa medical faculty

    SEZGİN ŞAHİN

    Tıpta Uzmanlık

    Türkçe

    Türkçe

    2014

    Çocuk Sağlığı ve Hastalıklarıİstanbul Üniversitesi

    Çocuk Sağlığı ve Hastalıkları Ana Bilim Dalı

    PROF. DR. YILDIZ PERK