Həsənbəy zərdabinin pedaqoji vəmaarifçilik fəaliyyəti
Başlık çevirisi mevcut değil.
- Tez No: 708501
- Danışmanlar: DOÇ. DR. Z.M.MEHRƏLİYEVA
- Tez Türü: Yüksek Lisans
- Konular: Psikoloji, Psychology
- Anahtar Kelimeler: Belirtilmemiş.
- Yıl: 2017
- Dil: Azerice
- Üniversite: Baku Slavyan Universiteti
- Enstitü: Yurtdışı Enstitü
- Ana Bilim Dalı: Belirtilmemiş.
- Bilim Dalı: Belirtilmemiş.
- Sayfa Sayısı: 68
Özet
XIX əsr Azərbaycan xalqının inkişafı tarixində xüsusi bir yer tutur və bu əsrdə elm, mədəniyyət, incəsənət, ədəbiyyat sahələrində yaşayıb yaradanların, görkəmli simaların özünəməxsus şərəfli mövqe tutanların içərisində Həsənbəy Zərdabinin yaradıcılıq fəaliyyəti daha çox diqqətə layiqdir. O, böyük alim, maarifçi və demokrat, «Əkinçi» qəzetinin banisi Azərbaycan xalqının ictimai fikrinin inkişafı tarixində ən görkəmli yerlərdən birini tutur. Onun yaşayıb yaratdığı dövr XIX əsrin II yarısına təsadüf edir. Qeyd etmək lazımdır ki, bu dövrdə rus xalqı ilə Azərbaycan xalqı arasında əlaqə və münasibətlərin genişlənərək artması nəticəsində Azərbaycan xalqı qabaqcıl rus elm və mədəniyyətilə, incəsənət və ədəbiyyatı ilə yaxından tanış olmaq imkanını əldə etmişdir. Bunu da qeyd edək ki, rus çarizmin və yerli feodalların mürtəce siyasəti rus xalqının qabaqcıl elm və mədəniyyətinin inqilabi ideyalarının Azərbaycan xalqına onun iqtisadi və siyasi inkişafı sahəsində göstərdiyi mütərəqqi təsirinə manne ola bilmədi. Azərbaycan xalqının XIX əsrdə yetişdirdiyi qabaqcıl adamların dünyagörüşünün təşəkkül tapmasında rus inqilabçı demokratların, onların materialist fəlsəfəsinin və azadlıq hərəkatının böyük təsiri olmuşdur. Bu dövrün Azərbaycan maarifpərpərləri və demokratları da azadlıq və səadət arzuları ilə yaşayır və bu müqəddəs arzuları həyata keçirmək üçün var qüvvələri ilə çalışır və yol axtarırdılar. Bunlardan biri də Həsənbəy Zərdabi idi. XIX əsrin ikinci yarısında Azərbaycan maarifçiləri baxmayaraq ki, onların fəaliyyətləri məhdud idi, onlar xalqı səadətə, xoşbəxtliyə, maarif və mədəniyyətə çatmasına hər şeydən üstün tutmuş və onun üçün var qüvvələrini sərf etmişlər. Mütərəqqi və demokratik qüvvələrə xidmət edən və kəndli ideoloqu olan Həsənbəy Məlikov Zərdabinin dünyagörüşünün əsasını təşkil edən maarifçilikdir. «Əkinçi» (1875) qəzetin banisi olan Həsənbəy Zərdabi XIX əsrin II yarısında Azərbaycanda dini əfsanələrə, cəhalətə, avamlığa, nadanlığa qarşı 63 mübarizədə, xalqın maarifə, mədəniyyətə çatması yolunda XIX əsr Azərbaycan maarifçilərinin ideyalarının yayılmasında və mütərəqqi ziyalıların yetişməsində böyük və mühüm rol oynamışdır. «Əkinçi» qəzeti eyni zamanda Həsənbəy Zərdabinin maarif, məktəb, tərbiyə haqqındakı baxışlarını müəyyən etmək üçün əsas vasitələrdən biridir. Onun elə bir əsəri və məqaləsi yoxdur ki, orada öz xalqının maarif və mədəniyyətindən, elm və tərbiyəsindən bəhs olunmasın. Həsənbəy böyük ictimai xadim olmaqdan başqa yeni zamanda məharətli, istedadlı bir müəllim olmuşdur. Gənc nəslin tərbiyəsi işində onları inandırmaq üçün müəllim dediklərinə özü inanmalı və inandırmaq məharətinə malik olmalıdır. Bundan başqa müəllim xeyirxah və kamil bir adam kimi, nəcib bir insan kimi şagirdlər arasında böyük və yüksək hörmət qazanmalıdır bütün bu xüsusiyyətlər Həsənbəy Zərdabiyə xas idi. Həsənbəy Zərdabi öz məqalələrində qadın təhsili haqqında da öz fikirlərini qeyd edirdi və bu işdə onun mübarizəsi get-gedə genişlənirdi. Həsənbəy Zərdabi öz silahdaşları ilə birlikdə qızlar üçün yeni məktəb açılması və orada qadın müəllimlərinin işləməsi, qızların dünyəvi məktəblərə cəlb edilməsinə cəhd edirdilər. Bu işdə onun həyat yoldaşı Həmidə xanım çox kömək edirdi. Həsənbəyin maarifçilik fəaliyyətinin ən parlaq nəticələrindən biri Bakıda müsəlman qızları üçün nəzərdə tutulmuş Birinci Qız məktəbinin açılması idi (5 oktyabr 1901-ci il). Maarifpərvər Həsənbəy zəhmətkeş kütlələrin mövhumatdan, cəhalət içərisindən çıxmasını elm və texnikanın sürətlə inkişafında, xalqın başına gələn bütün zülmlər, fəlakətlər yalnız savadsızlıqda, avamlıqda görürdü. O, qeyd edirdi ki, xalq oxusa, hər şeyi başa düşsə, müftəxorlar da onun qanını sora bilməzlər. Həsənbəy məktəbi maarif təbliğatı aparan ən mühüm vasitələrdən biri hesab edirdi və geniş əhali arasında məktəbə, elm və maarifə rəğbət hissi oyatmağa çalışırdı. Həsənbəy Zərdabi kənd məktəblərində əl əməyinə, əqli inkişafa böyük yer verirdi və bu məktəblərdə yeni fənlərin keçilməsini tələb edirdi. O, göstərirdi ki, o xalq həqiqətən ğərəqqi edər ki, məktəb və maarifin inkişafına ciddi fikir versin və 64 məktəbi bütün «xəzinələrin açarı» hesab edirdi. Məhz buna görə Həsənbəyin pedaqoji elm sahəsindəki irsini öyrənmək çox zəruridir və çox qiymətlidir. Təbiətşünaslıq haqqında dedikdə, qeyd etmək lazımdır ki, Zərdabi XIX əsrdə Azərbaycanda materialist təbiətşünaslığın əsasını qoyan mükəmməl təhsil və biliyə malik bir mütəfəkkirdir. O, təbiətşünaslığa dair Azərbaycan dilində yazmış əsərləri içərisində diqqəti cəlb edən «Bədəni səlamət saxlamaq düsturüləməli», «Torpaq, su və hava», «Barama qurdunun saxlanması» adlı əsərlərdir. Zərdabi hərtərəfli bildiyi təbiət elmlərini materialistəcsinə şərh etməklə öz xalqının gözünü açmağa çalışırdı. Qeyd etdiymiz kimi, Həsənbəy yeni tipli məktəblər yaradılması və bu məktəblərdə təbiətşünaslıq elmlərinin keçilməsi uğrunda da yorulmadan çalışırdı. O, göstərirdi ki, bütünelmləri bir məktəbdə, bir müəllimdən öyrənmək düzgün deyil, bu isə orta əsr mədrəsələrinin qaydasıdır. Buna görə də hər bir elmin tədrisi üçün ayrı-ayrı məktəblər açılmalıdır. Zərdabi gənc nəslin savadlanması üçün Azərbaycanda məktəb şəbəkələrinin genişlənməsi uğrunda yorulmadan mübarizə edirdi. O, rus maarifçiləri kimi öz xalqını zülm və istibdad əsarətindən qurtarmasının ən mühüm çarəsini maariflənmədə, elm və bilik kəsb etməkdə görürdü. Zərdabi «Əkinçi» qəzetinin səhifələrində məktəblərdə fars və ərəb dillərində təhsil almağın əleyhinə çıxış edirdi və qeyd edirdi ki, Azərbaycan zəhmətkeşlərini maarif sahəsində geridə qalmalarına elə ərəb əlifbasının yaramazlığında görürdü. Həsənbəy Zərdabi özünün məktəb və tərbiyə haqqındakı görüşündə uşağın ailə tərbiyəsinə xüsusi fikir vermişdi. Valideynlər uşağa düzgün yol göstərib, istiqamət verməli, yaxşını pisdən seçməyinə kömək etməli, uşağın tərbiyəsinə fikir verməlidir. Həsənbəy qeyd edirdi ki, uşaqlar pis sözləri, pis hərəkətləri, tərbiyəsizliyi kitablardan yox, lüğətlərdən yox, ata və anadan öyrənir. Beləliklə, o, həm tərbiyənin, həm də tərbiyəsizliyin ilk mənbəyini ailədə görürdü. Həsənbəyə görə uşaqların tərbiyə edilməsində elm və mədəniyyətə sahib olmasında, gənc nəslin hərtərəfli inkişaf etməsində və eyni zamanda dövrün 65 tələbinə uyğun olaraq onlarda insani stfətlərin aşılanmasında ailə və məktəb birlikdə işləməli, təlim-tərbiyə etməlidir. Həsənbəy fəhlə uşaqlarının qayğısına qalır, onların savadlanmasını tələb edirdi. Onun «Kaspi» qəzetinin 1900-cü ildə 47-ci nömrəsində dərc olunmuş «Fəhlə uşaqları üçün məktəblər» adlı məqaləsi idi. O, bu məqalədə mövcud quruluşdakı maarif sistemini tənqid edərək, göstərirdi ki, məktəblər ancaq varlılar üçündür, öz zəhmətilə milyonlar yaradan fəhlələrin balaları təhsildən kənarda qalırlar. Bunula o qeyd edirdi ki, əgər dövlətlilər pul versələr, məktəb açıb uşaqlarımızı oxutdurar və onlardan kəndlərdə istifadə edərik. Zərdabi maariflənməyi – həyatın inkişafına kömək edən, Azərbaycan xalqına öz dostu ilə düşmənini tanıtdıra bilən və onu yeni yaşayış uğrunda mübarizəyə qaldıra bilən əsas vasitələrdən biri hesab edirdi. Zərdabi öz fəaliyyətinin ilk günlərindən sonlarınadək maarifçiliyin ən yaxşı təbliğatçısı olmuşdur. Nəinki Azərbaycanda, orta Şərqdə də yaymağa çalışmışdır. Həsənbəy Zərdabi öz xalqına olan məhəbbəti və onun alovlu vətənpərvərliyi öz zəngin mili xüsusiyyətlərindən baş verərək Rusiya inqilabi-demokratik ideyaları ilə əlaqədar idi. Rus xalqının böyük vətənpərvərliyindən, ənənələrindən ilham alan Zərdabi bu nəcib xüsusiyyətləri bütün ömrü boyu Azərbaycan xalqının maarifi, mədəniyyəti uğrunda mübarizədə əks etdirmiş və gənc nəslin belə bir ruhda tərbiyə edilməsinə var qüvvəsilə çalışmışdır. O, tərbiyə edib yetişdirdiy gənc azərbaycanlılarla fəxr edir, onun qəlbi sevinc və iftixar zissi ilə vururdu. O, hiss edir və görürdü ki, onun zəhməti hədər getmir, çünki zəhmətkeş kütlə üçün yaşayıb yaradanlara xalq yüksək qiymət verir. O, yetişdirdiyi ziyalıların özü kimi xalqa xidmət göstərməsilə fəxr edirdi. Həsənbəy Zərdabinin müasirlərindən olan məşhur jurnalist N.Q.Bayzdrenko onu 60-cı illərin demokratik hərəkatının nümayəndələrindən hesab edir və haqlı olaraq göstərirdi ki, Həsənbəy o dövrün rus ictimai həyatındakv ideya cərəyanının məhsulu idi. H.Zərdabi 60-cı illərin pedaqoji hərəkatının qabaqcıl nümayəndələrinin təhsil haqqındakı ideyalarını Azərbaycanda yayır aə yerli təraitə 66 uyğun olaraq təblic edirdi. Bir sözlə, Zərdabinin təlim-tərbiyəyə aid fikirləri XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan pedaqoji fikrini daha da zənginləşdirmişdir.
Özet (Çeviri)
Özet çevirisi mevcut değil.