Geri Dön

Başağa semen Hüseyn Müasir dövrdə Avropa ittifaqi – Türkiyə əlaqələri

Başlık çevirisi mevcut değil.

  1. Tez No: 787156
  2. Yazar: SEMEN BAŞAĞA
  3. Danışmanlar: DOÇ. Z.E.MƏLIKOVA
  4. Tez Türü: Yüksek Lisans
  5. Konular: Siyasal Bilimler, Political Science
  6. Anahtar Kelimeler: Belirtilmemiş.
  7. Yıl: 2018
  8. Dil: Azerice
  9. Üniversite: Baku Slavyan Universiteti
  10. Enstitü: Yurtdışı Enstitü
  11. Ana Bilim Dalı: Belirtilmemiş.
  12. Bilim Dalı: Belirtilmemiş.
  13. Sayfa Sayısı: 84

Özet

Tədqiqat işininin nəticələrini aşağıdakı kimi qruplaşdırmaq mümkündür. Xarici siyasətdə Türkiyənin qərbyönümlü kursunda ilkin şərt hesab olunan Avropa faktoru hələ Osmanlı imperiyası dövründə formalaşmağa başladı. Türkiyə Cümhuriyyətinin yaradılmasından sonra, xüsusilə də İkinci Dünya Müharibəsinin başa çatmasından sonra Türkiyənin iqtisadiyyatında və xarici siyasətində Avropa istiqamətinin dərinləşməsi baş verdi. Birinci fəsildə materialların təhlili əsasında belə bir qənaət hasil olur ki,Türkiyənin Avropa İttifaqına üzvlüyü məsələsi 31 iyul 1959-cu ildə Avropa İqtisadi Birliyinə (AİB) göndərdiyi rəsmi əməkdaşlıq müraciəti ilə başladı. Daha sonra bu məsələ 12 sentyabr 1963-cü ildə Ankarada müvəqqəti əməkdaşlıq müqaviləsinin imzalanması, Türkiyənin 1 yanvar 1996-cı ildə Gömrük İttifaqına qoşulması və 11 dekabr 1999-cu ildə Helsinki Zirvəsində namizədliyinin rəsmi olaraq təsdiqlənməsi ilə davam etdi. 3 oktyabr 2005-də üzvlük müzakirələrinin başlanmış,12 iyun 2006:-cı ildə müzakirə prosesində ilk dəfə“Elm və Araşdırma”fəsli açılmış,14 dekabr 2015-ci ildə 17 saylı“İqtisadi və Pul Siyasəti”bölməsi açılmış,30 iyun 2016-cı ildə 33 saylı“Maliyyə və büdcə müddəaları”fəsli açılmışdır. İkinci fəsildəki araşdırmalar bunu deməyə əsas verir ki, İlk müraciət etdiyi vaxtdan təqribən 65 ildir ki, İttifaqa tam üzv olmaq üçün gözləyən Türkiyə rəsmi namizəd olduqdan sonra Avropa İttifaqı tərəfindən ən çox gecikdirilən ölkədir. Türkiyənin Avropa İttifaqına daxil olmasına bir çox maneələr yarandı. Əslində, hər iki tərəf də bu problemlərin mənbəyidir. Lakin Türkiyə 2006-cı ildə ciddi dəyişikliklər həyata keçirərək öz üzərinə düşən vəzifələri müvəffəqiyyətlə yerinə yetirdi. Buna baxmayaraq, Avropa İttifaqının yaratdığı problemlərin ardı-arası kəsilmədi. Materialların təhlili əsasında belə bir nəticəyə gəlmək olar ki, Avropa İttifaqı, eləcə də ittifaqa üzv olan bəzi ölkələr Türkiyənin daxili işlərinə və qanuni dövlət siyasətinə müdaxilə etməyə cəhd göstərirlər. 2013-cü ilin may ayında baş verən Gəzi Parkı hadisələrində anarxist qruplar və terror təşkilatları zor gücü ilə Türkiyənin sabitliyini pozmağa cəhd göstərmiş, Avropa İttifaqı isə bu cəhdə təəssüf ki, gizli və açıq şəkildə dəstək vermişdi. Kommunistlərin 77 və PKK terroristlərinin də daxil olduğu bu silahlı iğtişaşın“demokratik etiraz aksiyası”,“küçə nümayişləri”,“sərbəst toplaşmaq azadlığı”adı ilə qanuniləşdirilməsi üçün bir çox cəhdlər edildi. Terrorist və qiyamçılara müdaxilə edən təhlükəsizlik əməkdaşları isə insan hüquqlarını pozan, faşist, qəddar kimi qələmə verildilər. Avropa İttifaqına üzv olan bəzi kəşfiyyat orqanları da iğtişaşın təxribat və təşkilində bilavasitə rol oynamışdı.Avropa İttifaqı 15 iyul 2016-cı ildə müvəffəqiyyətsizliklə nəticələnən dövlət çevrilişinə çox laqeyd yanaşdılar. Avropa İttifaqına üzv olan bəzi ölkələr illərdir ki, Türkiyəni təhdid edən PKK, PYD, FETÖ, DHKP-C kimi qanlı terror təşkilatlarına pul, silah-sursat, məxfi məlumatlar və canlı qüvvə ilə yardım etmişlər. Bu fakt dəfələrlə aşkar edilmişdir.Avropa mətbuatından olan bəzi nümayəndələr bu təşkilatların təbliğatını da aparmışlar. Bu terror təşkilatlarına qarşı aparılan qanuni hərbi əməliyyatlar, istintaqlar, eləcə də məhkəmə və icra prosesləri isə insan hüquqlarının pozulması kimi göstərilmişdir. Beləliklə, Avropa İttifaqı Türkiyəyə məcburi köçkünləri saxlamaq müqabilində viza rejiminin ləğv ediləcəyini vəd etdi, lakin buna əməl etmədi. İllərdir ki, məcburi köçkünlərə sığınacaq verərək 10 milyard dollardan çox maddi yardımı insanlıq borcu kimi öhdəsinə götürməkdən çəkinməyən Türkiyəyə Aİ vəd etdiyi yardımı tamamilə ödəmədi. Konstitusiya dəyişiklikliyi barədə 16 aprel 2017-ci ildə keçirilən referendum zamanı“bəli”seçimini edənlərin əleyhinə hər cür vasitə ilə təhdid və qaralama kampaniyaları aparılırdı. ATƏT-in referendumla bağlı hesabatından sonra Avropa Şurası Parlament Assambleyası 13 ildən sonra Türkiyəni yenidən siyasi nəzarət altına almaq barədə qərar qəbul etdi. Bütün bunlar belə düşünməyə əsas verir ki, Avropa İttifaqı Türkiyəni əvvəldən ittifaqa qəbul etmək istəməyib. İllərlə müxtəlif bəhanələr və xüsusi üsullarla bu prosesin gecikdirilməsində məqsəd Türkiyənin tam uzaqlaşdırılmadan ittifaqdan kənarda saxlanılmasıdır. İqtisadi və strateji səbəblər bu günə qədər Avropa İttifaqının üzvlük məsələsində Türkiyənin qəti qərar bildirməsinə ən böyük maneələrdir. Lakin Türkiyə bu hesabların fərqində olaraq prosesi öz xeyrinə istifadə etdi, tam üzv olmaq üçün göstərdiyi qətiyyətli cəhdindən əl çəkmədi. Bu tendensiyanın dərinləşməsi ölkə iqtisadiyyatının və ictimai həyatın bütün sferalarına əhəmiyyətli dərəcədə təsirini göstərdi. Struktur islahatlar iqtisadiyyatın inkişafın bazar mexanizmləri istiqamətində transformasiyasını həyata keçirməyə imkan verdi, bu da Türkiyənin dünya təsərrüfatına inteqrasiyası üçün onun effektivliyinin və rəqabət qabiliyyətinin artmasına yardım etdi. Türkiyə üçün Aİ-yə tam üzvlük prosesi davam edir. Türkiyənin İttifaqa üzvlüyü həm Türkiyəyə, həm də İttifaqa bir çox üstünlüklər qazandıra bilər. Əhalisi, ərazisi, coğrafi mövqeyi, iqtisadi, təhlükəsizlik və hərbi potensialı səbəbindən Türkiyənin AByə üzvlüyü əvvəlki genişlənmələrdən fərqli olacaqdır. Bu faktorlar Türkiyəyə regional və beynəlxalq sabitliyin təmin edilməsində iştirak etməyə imkan yaradır. Aİ Türkiyənin dinamik iqtisadiyyatı, gənc əhalisi və strateji mövqeyi ilə İttifaqın xarici siyasət və enerji təhlükəsizliyi kimi bir sıra problemlərə verə biləcəyi faydanı aydın başa düşür. Enerji qaynaqları məsələsində Türkiyənin əhəmiyyətli bir keçid rolunu oynaması, İttifaqın enerji təhlükəsizliyi baxımından da bu ölkəni daha cəlbedici edir. Türkiyənin AB-yə üzvlüyü Birlik üçün enerji yollarının təhlükəsizliyinin təmin edilməsinə kömək edəcək. Aİ ilə Gömrük İttifaqının yaradılması Türkiyə üçün iqtisadiyyatının sonrakı inkişafı və modernləşdirilməsinin mühüm katalizatoru olan nailiyyət oldu. Bundan başqa Gömrük İttifaqı haqqında sazişin imzalanmasını Aİ-nın Türkiyə ilə əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduğunun sübutu kimi qiymətləndirmək olar.

Özet (Çeviri)

Özet çevirisi mevcut değil.

Benzer Tezler

  1. Çağdaş Türk resminde güvercin teması

    Pigeon theme in contemporary Turkish painting

    AHMET FATİH ÖZMEN

    Doktora

    Türkçe

    Türkçe

    2021

    Güzel SanatlarSelçuk Üniversitesi

    Resim Ana Sanat Dalı

    PROF. DR. AHMET DALKIRAN

  2. Raci Alkır'ın hayatı sanatı ve TRT repertuarında kayıtlı Türkülerinin ezgisel analizi

    A musical analysis of Raci Alkır's life art and his recorded songs in TRT repertoires

    AHMET SELÇUK BAYBURTLU

    Yüksek Lisans

    Türkçe

    Türkçe

    2018

    MüzikSivas Cumhuriyet Üniversitesi

    Müzik Ana Bilim Dalı

    PROF. EROL BAŞARA

  3. İşlevsel kuram çerçevesinde mekânsal değişim örneği olarak Bayburt mahalle odaları

    Spatial change in functional theory: Case study of Bayburt neighborhood rooms

    İSMAİL OĞUZ BAŞAĞA

    Yüksek Lisans

    Türkçe

    Türkçe

    2019

    Halk Bilimi (Folklor)Gazi Üniversitesi

    Türk Halk Bilimi Ana Bilim Dalı

    DR. ÖĞR. ÜYESİ DİLEK TÜRKYILMAZ

  4. Yukarıdan aşağıya inşaat yöntemi ile aşağıdan yukarı inşaat yönteminin maliyet ve süre yönünden karşılaştırılması

    Comparison of the top-down construction method and the bottom-up construction method in terms of cost and project duration

    ÇETİN MERAL

    Yüksek Lisans

    Türkçe

    Türkçe

    2023

    İnşaat MühendisliğiKaradeniz Teknik Üniversitesi

    İnşaat Mühendisliği Ana Bilim Dalı

    DR. ÖĞR. ÜYESİ HASAN BASRİ BAŞAĞA

  5. Lactate dehydrogenase release as a marker of cytotoxic response of e coli to H202

    Hidrojen peroksitin E coli üzerindeki sitotoksit etkisinin belirtisi olarak lactate dehydrogenase enziminin salınımı

    JAM DONYA JAMSHİD

    Yüksek Lisans

    İngilizce

    İngilizce

    1994

    KimyaOrta Doğu Teknik Üniversitesi

    Biyokimya Ana Bilim Dalı

    DOÇ. DR. HÜVEYDA BAŞAĞA