Azərbaycan və Türkiye dekorativ sənətındə nəbati motivlərin bədii xüsusiyyətləri (XIV-XVI əsrlər)
Başlık çevirisi mevcut değil.
- Tez No: 622852
- Danışmanlar: DR. KÜBRA ALİYEVA
- Tez Türü: Doktora
- Konular: Sanat Tarihi, Art History
- Anahtar Kelimeler: Belirtilmemiş.
- Yıl: 2015
- Dil: Azerice
- Üniversite: Azerbaycan Devlet Güzel Sanatlar Enstitüsü
- Enstitü: Yurtdışı Enstitü
- Ana Bilim Dalı: Belirtilmemiş.
- Bilim Dalı: Belirtilmemiş.
- Sayfa Sayısı: 135
Özet
Tədqiqatın aktuallığı. Tədqiqatda Azərbaycan və Türkiyənin maddi mədəniyyət abidələrinin üzərində olan bitki ornamentini təhlil etmək cəhdi göstərilir. Tədqiqata XIV-XVI əsrlərdə yaranmış abidələr cəlb olunur. Abidələrin müqayisəli təhlili dekorativ-tətbiqi sənətin müvafiq məmulatları üzərində aparılır. İşin aktuallığı da məhz bu problem üzrə tədqiqatların olmamağı ilə müəyyən edilir, hər birində özünəməxsus milli ənənələri, ornamental incəsənətin xüsusiyyətləri, təbiət obrazlarının və mənəvi ənənələrin simvolizmi formalaşıb. Burada iki aspektin mövcudluğunu da nəzərə almaq lazımdır – bu aspektlərin biri müsəlman incəsənətinin ümumi qaydalarına tabeçilik, ikincisi isə bədii ənənələrin qədim mənbələrinin üzə çıxarılmasıdır. Təhlil etdikcə biz tam əminliklə deyə bilərik ki, milli mədəniyyətlərin hər biri özünəməxsus mədəni inkişafın bir nümunəsidir. Bu inkişafda bu və ya digər sənətin çiçəklənmə dövrü eyni vaxta təsadüf edir. Bu da öz növbəsində mənimsənilmədə, müxtəlif mədəniyyətlərin və incəsənətin sintezində özünü göstərir. Azərbaycanın və Türkiyənin zəngin bitki aləminin öyrənilməsi bir çox suallara cavab tapmağa imkan yaradır. Problemin tədqiq olunma dərəcəsi. XVIII əsrin ortalarından XX əsrə qədər ornament yerli və xarici tədqiqatçılar tərəfindən üslub yaradan, etnomüəyyənləşdirici əlamət kimi tədqiq edilib. Ornament həm də semiotika və struktur baxımından da təhlil olunub. B.Veymarnın“İranın və ərəb ölkələrini incəsənəti”1, B.P.Denike“Orta Asiyanın memarlıq ornamenti”2, L.İ.Rempelin“Zamanın zənciri: Orta Asiyanın ənənəvi incəsənətində qədim obrazlar və ”köçəri“ süjetlər”3 böyük əhəmiyyət kəsb edir. Türkiyənin ilk sənətşünaslarından biri G.Erseven Osmanlı naxışlarının əsasən türk mənşəli olmasını sübut etməyə çalışırdı.4 N.Gürsu, türk parçaları kolleksiyalarını tədqiq edərkən həmin məsələlərə toxunmuşdur5. Türk tədqiqatçıları Birol İ., Derman Q.,“Turk Tezyin Sanatlarında Motifler/Motifs in Turkish decorative Arts”elmi əsəri6 Osmanlı dövründə istifadə edilən müxtəlif ornament tiplərinə həsr olunur. Tədqiqatçı O.Aslanapa“Türk Halk sanatının bin yılı”adlı əsərində qədim türk xalqlarının mənşəyinə qədər enib, həmin problemlərdən bəhs etmişdir.7 Azərbaycan mədəniyyətinin tədqiqatıçılarından N.Göyüşov8, K.Aliyeva9, A.R. Salamzade10, R. Efendiyev11 çalışmalarından istifade edilmiştir. Lətif Kərimovun, xalılarındaki naxışın ornamental şifresini yazdığı üç kitaptan ibaret olan“Azerbaycan Halısı”kitaplarından əldə edirik.12 Tədqiqatın məqsəd və vəzifələri. Azərbaycan və Türkiyədə XIV-XVI əsrlərdə dekorativ-tətbiqi sənətdə tətbiq edilən bitki ornamentinin xüsusiyyətlərini üzə çıxarmaq, onları sistemli şəkildə təhlil etməkdən ibarətdir. Tədqiqatın qarşısında bununla bağlı aşağıdakı vəzifələr durur: - Azərbaycan və Türkiyənin ornamental incəsənətinin milli ənənələrinin xüsusiyyətlərini üzə çıxarmaq; - Azərbaycan və Türkiyənin dekorativ sənətinin və memarlığının formalaşma xüsusiyyətlərini və əsas prinsiplərini üzə çıxarmaq.
Özet (Çeviri)
Özet çevirisi mevcut değil.
Benzer Tezler
- ФЯАЛИЙЙЯТДЯ ОЛАН БЮЙЦК УЗУНЛУГЛУ ЧИРКЛИ СУАПАРАН КАНАЛЛАРДА ЮЗ-ЮЗЦНЦ ТЯМИЗЛЯМЯ ПРОСЕСИНИНИНТЕНСИВЛЯШДИРИЛМЯСИ МЯСЯЛЯЛЯРИНИН ТЯДГИГИ
İşletmede bulunan büyük uzunluklu atık su toplayan kanallarda kendi kendine arıtma prosesinin uygulanmasının araştırılması
ABDULLAH YİNANÇ
Doktora
Azerice
2009
Çevre MühendisliğiAzərbaycan Memarlıq və İnşaat UniversitetiÇevre Teknolojileri Ana Bilim Dalı
PROF. DR. HABİP OCAKOV
- Türkiyə – Azərbaycan Kamança növləri və onların ifaçılıq xüsusiyyətləri
Türkiye - Azerbaycan Kamança türleri ve onların icra özellikleri
KADİR VERİM
Doktora
Azerice
2015
MüzikBaku Music Academy-Uzer HajibejovMüzik Ana Bilim Dalı
PROF. DR. SəADəT ABDULLAYEVA
- Müştərək müəssisələrdə biznesin inkişafı və idarə olunması problemləri: Azərbaycan-Türkiyə materialları əsasında
Başlık çevirisi yok
ARİF GÖMLEKSİZ
- Yeni yüzyılda azerbaycan'ın sosyo-ekonomik yapısı ve Türkiye ile ilişkileri
Social economic situation of Azerbaijanı and Turkish relationship in the new age
FETHİ AHMET GEL
Yüksek Lisans
Türkçe
2006
Çalışma Ekonomisi ve Endüstri İlişkileriİstanbul ÜniversitesiÇalışma Ekonomisi Ana Bilim Dalı
DOÇ. DR. HALİS YUNUS ERSÖZ